“Bavariya”nın hücumçusu Robert Levandovski əfsanəvi alman futbolçu Gerd Müllerə məxsus rekorda şərik olub.
Qol.az xəbər verir ki, polşalı forvard bunu Bundesliqanın son turunda Münhenqladbax “Borussiya”sına 2:3 hesabı ilə uduzduqları görüşdə gerçəkləşdirib.
Oyunda hesabı açan futbolçu çempionatda 15 turdan sonra qol sayını 20-ə çatdırıb. İndiyədək bunu yalnız Münhen klubunun sabiq futbolçusu Müller bacarmışdı. O, 1968/1969 mövsümündə ilk 15 turdan sonra rəqib qapılarından 20 top keçirib.
Xatırladaq ki, Levandovski bu il “Bavariya” ilə beş titul (Almaniya çempionluğu, kubok və superkubok, UEFA Çempionlar Liqası və superkuboku), eləcə də FİFA və UEFA-nın ən yaxşı oyunçusu adını qazanıb, Globe Soccer Awards mükatına layiq görülüb.