Ermənistanın Rusiyadakı səfirliyinə nəzarət gücləndirilib

Moskvada Ermənistan səfirliyinin binasına polis nəzarəti gücləndirilib.

Milletinsesi.az Trend-ə istinadən bildirir ki, bu, baş nazir Nikol Paşinyanın Rusiyaya səfəri ilə əlaqədar baş verib.

Qeyd olunur ki, səfirlik binasının yaxınlığında N.Paşinyanın istefa verməsini tələb edən etirazçılar toplanıb.

Hər hansı bir gərginliyin qarşısının alınması məqsədilə səfirlik binası polis əməkdaşları tərəfindən əhatəyə alınıb.

Share: