Rusiya sərhəddində güclü zəlzələ

Rusiya ilə Monqolustan sərhədində 6,5 bal gücündə zəlzələ qeydə alınıb.

Milletinsesi.az Trend-ə istinadən bildirir ki, bu barədə Avropa-Aralıq seysmoloji mərkəzi bildirib.

Məlumata əsasən, yeraltı təkanlar Moskva vaxtı ilə saat 00:32:59-da qeydə alınıb. Zəlzələnin episentri İrkutsk vilayətinin Anqarsk şəhərindən 277 km məsafədə, Xubsuqul gölündə yerləşib.

Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə olub.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

Share: