Təhsil Nazirliyi ümumtəhsil müəssisələrinin şagirdləri üçün təşkil olunan distant dərslərlə bağlı mövcud problemləri açıqlayıb.
Nazirlikdən Trend-in sorğusuna cavab olaraq, bildirilib ki, dərslərin onlayn qaydada tədrisində şagirdlərin iştirak faizi şəhərlərlə müqayisədə kənd rayonlarında nisbətən aşağıdır:
“Səbəb olaraq bəzi ailələrin internetə çıxış imkanlarının məhdudluğunu və dərslərə qoşulmaq üçün müvafiq cihazın olmamasını qeyd edə bilərik. Onlayn dərslərə qoşula bilməyən şagirdlər üçün televiziya kanallarında tədris proqramına uyğun olaraq teledərslərin yayımlanması təmin olunur”.