Koronavirusa qarşı peyvəndlənmə Türkiyədə bu həftənin sonunda başlanacaq.
Milletinsesi.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.
O bildirib ki, görülən tədbirlər sayəsində yoluxma sayında azalma müşahidə olunur və COVID-19-a qarşı peyvənd prosesinə müəyyən edilmiş qaydaya uyğun olaraq cümə axşamı və ya cümə günü başlanacaq.
Prezident məhdudiyyətlərin tədricən azaldılacağını da vurğulayıb.