Bir neçə gün əvvəl İndoneziyada qəzaya uğramış təyyarənin qara qutusu tapılıb.
Milletinsesi.az xəbər verir ki, qara qutu sahilə çıxarıldıqdan sonra qəzanın səbəbləri ilə bağlı araşdırma başlayacaq.
Qeyd edək ki, yanvarın 9-da İndoneziyanın “Sriwijaya Air” şirkətinə məxsus sərnişin təyyarəsi Yava dənizi üzərində radarlardan itmişdi. Təyyarənin göyərtəsində azı 65 nəfər – 10 uşaq daxil olmaqla 53 sərnişin və 12 heyət üzvü olub.