Ötən il Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub

Ötən il Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub

Ötən il Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub.

Milletinsesi.az 2020-ci ilə oğlan və qız uşaqlarına qoyulan adlar arasında ilk onluğu təqdim edir.

Belə ki, geridə qoyduğumuz il ərzində oğlanlar arasında 2 008 uşağa Yusif, 1 932 uşağa Uğur, 1 905 uşağa Əli, 1 797 uşağa Hüseyn, 1 236 uşağa Ömər, 1 232 uşağa Məhəmməd, 1 166 uşağa Murad, 985 uşağa Raul, 870 uşağa Ayxan və 829 uşağa isə Tunar adı verilib.

Həmçinin ötən il qızlar arasında 1 968 uşağa Zəhra, 1 580 uşağa Zeynəb, 1 507 uşağa Məryəm, 1 437 uşağa Aylin, 1 399 uşağa Mələk, 1 318 uşağa Fatimə, 1 241 uşağa Nuray, 1 113 uşağa Nilay, 1 057 uşağa İnci və 961 uşağa Dəniz adı verilib.

Share: