Yaponiyanın ümumilikdə on bir əyalətində fövqəladə vəziyyət elan edilib.
Milletinsesi.az qafqazinfo-ya istinadən xəbər verir ki, bundan öncə ölkənin dörd əyalətində koronavirusla mübarizə çərçivəsində tətbiq olunan fövqəladə vəziyyət daha yeddisinə şamil edilib.
Tokionun şimalındakı Toçiqi, cənub-qərbində Fukuoka, ölkənin mərkəzində Gifu və qərbdə Hyoqoda qırmızı səviyyə elan olunub. Bu barədə Baş nazir Suga Yoşihide məlumat verib.
Qeyd edək ki, Yaponiyada ümumilikdə 298 min 884 vətəndaş koronavirusa yoluxub, 4 min 192 nəfər ölüb.