Milletinsesi.az xarici KİV-ə istinadən bildirir ki, alimlər bu dəfə koronavirusun böyrəklərə təsirini araşdırıb. Məlum olub ki, ürək qan-damar sistemi qədər böyrəklər də virusdan çox təsirlənir. Bu da öz növbəsində böyrək çatışmazlığı yaradır. Bir müddət orqanlar fəaliyyətini bərpa edə bilmir. Bu da sidikdə qanla müşahidə edilir.
Tədiqiqatlar göstərib ki, Covid-19 diaqnozu ilə xəstəxanalara yerləşdirilən insanların böyük əksəriyyəti böyrək çatışmazlığı riski altında olurlar. Bu da onlarda ağır xəstəliklərə, diyalizə və hətta ölümə belə gətirib çıxarır.