Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 357 yoluxma halı qeydə alınıb, 21 nəfər ölüb.
Milletinsesi.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 244 612, ölənlərin sayı isə 2 867 nəfərə çatıb.
Virusa yoluxanlardan 228 359 nəfərin sağaldığı bildirilir.