Moskvada məktəblər açılır

Milletinsesi.az Trend-ə istinadən bildirir ki, bunu Moskvanın meri Sergey Sobyanin bildirib.

Qeyd olunur ki, dərslər bərpa olunduqdan sonra koronavirusa yoluxma halı qeydə alınsa, həmin şagirdin olduğu sinif distant təhsil formatına keçəcək. Bununla belə, məktəbdə dərslər davam etdiriləcək.

Eyni zamanda kollec və ali məktəblər yanvarın 21-dək bağlı qalacaq.

Koronavirus pandemiyası ilə əlaqədar Moskvada tətbiq olunmuş digər məhdudiyyət tədbirləri də yanvarın 21-dək qüvvədə qalır.

Share: