Bu gün Türkiyədə koronavirusa qarşı kütləvi peyvəndləməyə start verilib.
“Haber Global” məlumat verir ki, ilk olaraq İstanbulda səhiyyə işçiləri peyvənd ediliblər.
İlk peyvənd olunan həkim ağrı hiss etmədiyini bildirib.
Birinci mərhələdə 65 yaşdan yuxarı vətəndaşlar ilə yanaşı əlilliyi olan, qocalar evində qalanlar peyvənd olunacaqlar.
Qeyd edək ki, Türkiyə Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronaVac” peyvəndini alıb. Dünən ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca canlı yayımda peyvənd olunub.