Azərbaycanda bitən bu bitki koronavirusun dərmanı ola bilər

Amerikalı alimlər Covid 19-a qarşı təbii və ucuz vasitəni aşkarlayan elmi tədqiqatlarını yekunlaşdırıb.

Çöl yovşanı, acı yovşan deyilən dərman bitkisinin yarpaqlarında artemizinin adlı maddə var.

Yarpaqlardan alınmış ekstrakt koronavirusun replikasiyasına üstün gəlir və onu zəiflədir.

Maraqlıdır ki, yovşanın virus əleyhinə təsiri qədim tibbə çoxdan məlumdur və ondan malyariyanın müalicəsində, epidemiyalarda istifadə edilib.

Alimlər tədqiqatda yovşanın 7 növündən istifadə edib. İstənilən növdə koronavirusa qarşı təsir müsbət olur.

Təkcə çoxdan qurudulmuş yovşan yarpaqları virusa təsir etməyib.

“Nəticələr göstərir ki, yarpaqlarda olan aktiv komponent virus infeksiyasını blok edir və hüceyrəyə keçməsinin qarşısını alır ” – deyə elmi rəhbər Pamela Uezers bildirib.

Alimlər yovşanın insanlar üzərində klinik sınağını aparmağa hazırlaşır. Əgər nəticələr müsbət olarsa, təhlükəli infeksiya və viruslara qarşı ucuz dərman hazırlanacaq. /medicina.az

Share: