Magistratura imtahanları ilə bağlı sənəd qəbulu yanvarın 30-na qədər başlaya bilər

Milletinsesi.az Trend-ə istinadən bildirir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

M.Abbaszadə bildirib ki, imtahanlarla bağlı məlumat dəqiqləşdirildikdən sonra veriləcək: “Keçən il müəyyən imtahanlarla bağlı razılıq verilmişdi, sonra vəziyyətlə əlaqədar imtahan keçirə bilmədik. Ona görə tam məlumat olandan sonra həmin tarixləri açıqlayacağıq”.

Share: