Dağıstanda 53 min insan işıqsız qaldı

Dağıstanda güclü külək səbəbindən, demək olar ki, 53 minə yaxın əhali işıqsız qalıb.

Milletinsesi.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Energetika Nazirliyi məlumat yayıb.

“Əlverişsiz hava şəraiti səbəbindən 6-10 kV-lik paylayıcı şəbəkələrdə fasilələr yaşanır”,- məlumatda qeyd olunub.

Təxminən 52,800 nəfərin yaşadığı Tsumadinski, Kasumkent və Qunibski rayonlarındakı 118 yaşayış məntəqəsi işıqsız qalıb.

Qeyd edilib ki, problem 172 nəfərlik işçi heyəti və 69 texnika tərəfindən aradan qaldırılır.

Share: