Türkiyədə vaksin olunanların sayı 300 minə çatdı

Türkiyədə koronavirus əleyhinə vaksinasiya prosesindən keçən vətəndaşların sayı 300 minə çatıb.

Milletinsesi.az xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə Nazirliyindən məlumat verilib. Bilidirilib ki, ölkə ərazisində vaksin olunanların ümumi sayı 300 000 nəfəri keçib.

Hələlik yalnız Çin istehsalı olan vaksinlərdən istifadə olunur. Tibb işçilərinə, yaşlı adamlara və dövlət və xidmət sektorunda çalışanlara öncəlik verilir. Proses davam edir.

Qeyd edək ki, dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, səhiyyə naziri Fahrettin Koca da vaksin olunublar.

Share: