Azərbaycanda ilk kimlərin vaksinasiya olunacağı AÇIQLANDI

Pandemiya müddətində bir çox sərt karantin tədbirləri və müalicə üsulları tətbiq edilsə də, güclü mübarizə üsulu mövcud deyil.

Milletinsesi.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, vaksin strategiyasının məqsədi xəstələnmə və ölüm saylarının aşağı enməsinə nail olmaqdır:

“İlk olaraq əhalinin risk qrupları, növbəti mərhələdə isə digər qruplar vaksinasiya olunacaq. Vaksinasiya könüllülük, təhlükəsizlik, şəffaflıq, mərhələli, ədalətlilik, məsuliyyət və əməkdaşlıq prinsipləri ilə aparılacaq. Strategiyanın əsas vəzifəsi mövcud qanunvericilik bazasına, ÜST-ün tövsiyələrinə və beynəlxalq təcrübəyə əsaslanmasıdır”.

O qeyd edib ki, ilk mərhələdə səhiyyə işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, ASAN Xidmət və DOST mərkəzləri, bank sektorunda çalışan, poçt sahəsində birbaşa olaraq əhali ilə təmasda olan şəxslər vaksinasiya olunacaq. Eyni zamanda yaşı 65-dən yuxarı olanlar, həmçinin 50 yaşdan yuxarı xroniki xəstəliyi, hemodializ, piylənmə kimi xəstəliyi olanlar bu siyahıya aiddir.

Strategiyanın icrasının gedişi barədə Səhiyyə Nazirliyi mütəmadi olaraq Nazirlər Kabinetinə məlumat verəcək.

 

coreldraw satın al

Share: