Prokurorluq orqanlarının cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşması və fəaliyyətində şəffaflığın təmin edilməsi, işin çevikliyinin və səmərəliliyinin artırılması, müasir dövrün tələblərinə cavab verən peşəkar kadrların formalaşdırılması məqsədilə Baş Prokurorluğun yeni strukturu təsdiq edilib, mahiyyətcə daha çevik, mobil və dinamik idarəetməyə malik idarələr, o cümlədən Kriminalistika və informasiya texnologiyaları idarəsi yaradılıb.
Bu barədə Milletinsesi.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Proqramlaşdırma və funksional proqram təminatının inkişaf etdirilməsi, tətbiqi, informasiya sisteminin və texnika-informasiya infrastrukturunun təkmilləşdirilməsi və fasiləsiz işin təmin edilməsi, serverlərin idarə edilməsi, informasiya sistemlərinin və məlumat bazalarının qurulmasının təşkil edilməsi məqsədilə Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinə İT menecer, Sistem administratoru və Mühəndis-proqramçı ixtisasları üzrə işçi tələb olunur.
IT Menecerin biliklərinə dair tələblər:
Yüksək məntiqli-analitik düşünmə bacarığı;
Sistem inzibatçılığı sahəsində 3 ildən çox iş təcrübəsi;
HP server avadanlıqları üzrə iş təcrübəsi: Blade, sinif Proliant DL (G6/G7/G8);
Storage texnologiyaları üzrə iş təcrübəsi;
Yedəklənmə texnologiyaları üzrə təcrübə: Symantec, Veeam Backup&Replication və s.;
Virtuallaşma üzrə iş təcrübəsi : VMware Vcenter, ESXi, Vsphere, Hyper-V;
Microsoft texnologiyaları üzrə iş təcrübəsi: Windows Server: 2003/2008/2012/2016;
Exchange server 2010/2013/2016, GP, WSUS, PowerShell; Active Directory,
DNS, DHCP,WDS, DFS, VPN, File Server, Print Server;
Web serverlər (FTP/FTPS servers) ilə iş təcrübəsi;
Antivirus sistemləri ilə iş təcrübəsi;
SAN (Storage Area Network) üzrə iş təcrübəsi;
Proxy və Firewall sistemləri ilə iş təcrübəsi;
Cisco Şəbəkə avadanlıqları ilə iş təcrübəsi (L3 Switch və Router-larla işləmək bacarığı);
IBM server avadanlıqları üzrə iş təcrübəsi.
Sistem administratorunun biliklərinə dair tələblər:
Server, şəbəkə avadanlıqlarının və proqram təminatlarının yüklənməsi və sazlanması;
Ethernet, IP və şəbəkə cihazlarının iş prinsipləri üzrə nəzəri və praktik biliklər;
Active Directory, Exchange mail, File, Print server üzrə dərin nəzəri və praktik biliklər;
Sistem təhlükəsizliyi üzrə biliklər;
Firewall sistemləri ilə iş təcrübəsi;
Antivirus sistemləri ilə iş təcrübəsi.
Mühəndis-proqramçının biliklərinə dair tələblər:
Məlumat bazası bilikləri: Oracle, Oracle Pl/Sql
Proqramlaşdırma bilikləri: C#
Web Texnologiyaları: HTML, CSS, JavaScript, Ajax, JQuery, Angular js (arzu olunandır)
Web Servislər: Restful, DevExpress (.Net), Versioncontrol (SVN, VisualSvn, Git /Git Hub), Reporting (FastReport, XtraReport, JasperReport), Application Servers (Glassfish, Tomcat, JBoss)
İşə qəbulla əlaqədar namizədlər CV formalarını Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin [email protected] elektron poçt ünvanına göndərə bilərlər.