“Azərişıq” gücləndirilmiş iş rejiminə keçib

Milli Hidrometeorologiya Departamentindən daxil olan məlumata əsasən, yanvarın 19-dan 21-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.

“Azərişıq” ASC-dən Milletinsesi.az-a bildirilib ki, gücləndirilmiş iş rejimi ilə çalışan qurumda əlavə tədbirlərin görülməsi üçün tapşırıqlar verilib. Məsələ ilə əlaqədar ASC rəhbərliyinin tapşırığı ilə gücləndirilmiş iş və növbətçilik sistemi təşkil olunub. Ərazilərə əlavə mal-material və maşın-mexanizmlərinin cəlb edilməsi ilə bağlı tapşırıq verilib.

Rəhbərliyin göstərişinə əsasən, regionlarda da növbətçilik yaradılıb. Müraciətlərin sayının artması ehtimalını nəzərə alaraq 199 saylı Çağrı mərkəzi də gücləndirilmiş iş rejimində çalışacaq.

ASC istehlakçılara müraciət edərək bildirir ki, qarşılaşdıqları hər hansı problemlə bağlı 24 saat fəaliyyət göstərən 199 saylı Çağrı mərkəzi ilə əlaqə saxlasınlar.

Share: