İlham Əliyev indoneziyalı həmkarına başsağlığı verdi

İlham Əliyev indoneziyalı həmkarına başsağlığı verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İndoneziya Respublikasının Prezidenti Zati-aliləri Coko Vidodoya başsağlığı məktubu göndərib.

Milletinsesi.az məktubun mətnini təqdim edir:

“Hörmətli cənab Prezident,

Sulavesi adasında baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost İndoneziya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”.

 

Share: