Yaponiyada qar təmizləyərkən 60 nəfər həlak olub

Yaponiyanın şimalında qarın təmizlənməsi zamanı 60 nəfər həlak olub.

Milletinsesi.az Trend-ə istinadən bildirir ki, Honsü və Hokkaydo adalarında dekabr ayından etibarən fasiləsiz qar yağır.

Ölkə rəhbərliyi qarın təmizlənməsi üçün bölgəyə əlavə qüvvələr göndərməli olub.

Qeyd olunur ki, həlak olanların əksəriyyəti evlərini qardan təmizləyən yaşlı insanlar olub.

Share: