ABŞ Konqresinin binasına giriş-çıxış təhlükəsizlik səbəbindən bağlanıb.
Milletinsesi.az qafqazinfo-ya istinadən xəbər verir ki, Co Baydenin inauqurasiyası ərəfəsində səlahiyyətli şəxslər bölgədəki insanların pəncərə və eyvanlarından uzaq durmaları barədə xəbərdarlıq edib.
Eyni zamanda bölgədə baş verən yanğın da təşvişə səbəb olub. Andiçmə mərasiminin məşqinə gələn insanlar binadan təxliyyə olunub.
Daha sonra ABŞ Fövqəladə Hallar Nazirliyi açıqlayıb ki, Konqres binasının yaxınlığında yanğın baş verib.
Bundan əlavə, Pentaqon yanvarın 20-də baş tutacaq tədbir üçün Vaşinqtona 25 min Milli Qvardiya əsgəri cəlb edib.