Tovuz Rayon Polis şöbəsinin rəisi Şirzad Əsgərov tutduğu vəzifəsindən azad edilib.
Milletinsesi.az Report-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən Ş.Əsgərov son yaş həddinə görə işdən azad olunub.