İsrail Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə səfirlik açıb.
Milletinsesi.az qafqazinfo-ya istinadən xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyindən bildirilib ki, səfirlik tam yerləşənədək müvəqqəti ofislərdə xidmət göstərəcək.
Eytan Naeh səfir təyin olunub və artıq vəzifəsinin icrası üçün Əbu-Dabiyə yollanıb. Rəsmi açılışın isə bir neçə gün içində baş tutacağı bildirilib.
Vurğulanıb ki, Əbu-Dabidə səfirliyin açılması 15 sentyabr 2020-ci ildə imzalanan əlaqələrin normallaşdırılması anlaşmasının tərkib hissəsidir.