“Barselona”nın 1 milyarddan çox borcu var

“Barselona” illik maliyyə hesabatını açıqlayıb.

Qol.az klubun saytına istinadən xəbər verir ki,  Kataloniya təmsilçisinin  ümumi borcu 1,2 milyard avro təşkil edir. Borcun 730 milyon avrosu klubun qısa müddət ərzində hesablaşmalı olduğu öhdəliklərdir.

“Barselona”nın kreditorlara 265 milyon avro, idman personalına 164 milyon avro, müxtəlif sektorlarda 298 milyon avro borcu var. Klub 2019/2020-ci illər mövsümünü 488,4 milyon avro borcla başa vurub.

Qeyd edək ki, “Barselona” koronavirus pandemiyasına görə büdcəyə dəyən zərər səbəbindən ödəmələrin təxirə salınması üçün kreditorları ilə danışıqlar aparır.

Share: