Çin sahil təhlükəsizliyi qüvvələrinə ölkənin suverenliyinə təhdid törədən istənilən ünsürün məhv edilməsi ilə bağlı əmr verdikdən sonra Yaponiya həyəcan təbili çalıb.
Millətin Səsi.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin adı açıqlanmayan rəsmisi Çinin bu qərarının beynəlxalq hüquqa zidd olduğunu açıqlayıb.
Xəbərdə rəsmi Tokionun Pekinlə Şərqi Çin dənizində baş verəcək istənilən hərbi qarşıdurmaya hazırlaşdığı qeyd edilib.