Şamaxı sakinindən silah-sursat götürüldü

Şamaxı sakinindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milletinsesi.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qızmeydan kənd sakini S.Sədullayevdə müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi və 19 ədəd patron aşkarlanıb.

Share: