Üzdə olan bu dəyişikliklər ağciyər xərçənginə işarə edir

Bir çox onkoloji xəstəliklər insanın xarici görünüşündə dəyişikliklərə səbəb ola bilir. Ağciyər xərçəngi də bu mənada istisna deyil.

Belə ki, ağciyər xərçənginin erkən simptomlarından biri göz qapağının sallanması (ptoz) ola bilər. Alimlər qeyd edirlər ki, ağciyər xərçəngi zamanı yalnız biz gözdə sallanma müşahidə olunur.

Digər simptom 1 və ya 2 göz bəbəyinin kiçilməsidir.

Mütəxəssislər qeyd edir ki, sadalanan simptomlar 100% hallarda ağciyər xərçənginə işarə etməyə bilər. Lakin hər halda həkimin müayinəsindən keçmək lazımdır.

Saglamolun.az xarici KİV-lərə istinadla bildirir ki, üzün tərləməsində dəyişiklik də ağciyər xərçənginin inkişafına işarə edə bilər. Bu zaman üzün bir hissəsi digərindən daha çox tərləyir.

Share: