ABŞ-da koronavirus peyvəndinin bir və ya iki dozasını qəbul edənlərin sayı ölkədə aşkarlanan COVID-19 xəstələrinin sayını keçib.
“Bloomberg Vaccine Tracker”in hesablamalara görə, 26,5 milyon ABŞ sakini artıq peyvəndi bir və ya iki dozada qəbul ediblər. Bu rəqəm Cons Hopkins Universitetinin hesablamalarına görə, ölkədə müəyyən olunan 26,3 milyon yoluxma sayından çoxdur.
Agentliyin məlumatına görə, ABŞ-da gündəlik orta hesabla təxminən 1,35 milyon doza peyvənd tətbiq olunur, bu da mövcud məlumatlara görə dünyanın digər ölkələrindən daha çoxdur.