Ağdamın 5 kəndi minalardan tam təmizlənib

Ağdam rayonunun işğaldan azad edilən 5 kəndinin ərazisi mina və partlayıcı qurğulardan tam təmizlənib.

Milletinsesi.az xəbər verir ki, bu barədə Trend-ə Ağdam rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyevb deyib.

Qurum rəsmisi bildirib ki, hazırda digər kəndlərin ərazilərində təmizlənmə işləri davam etdirilir:

“Artıq rayonun işğaldan azad edilən Ağdamkənd, Sarıcalı, Bağmanlar, İsmayılbəyli və Mərzili kəndlərinin ərazisi minalardan tam olaraq təmizlənib. Hazırda Şahbulaq, Cəvahirli və digə kəndlərdə təmizlənmə işləri davam etdirilir”.


Warning: Trying to access array offset on false in /www/wwwroot/WordPress/milletinsesi.az/wp-content/themes/clean-grid-pro/inc/functions/share-buttons.php on line 61
Share: