“Pakistan “Şahin-2” adlı qurudan-quruya ballistik nüvə başlığı raketdaşıyıcısını uğurla sınaqdan keçirib”.
“Report” “Haber7”yə istinadən xəbər verir ki, bunu Pakistan ordusunun sözçüsü general Asif Qafur bildirib.
Bu raket 1500 km-dəki hədəfi vurur.
“Şahin-2” Pakistanın ehtiyacı olan regional sabitlik üçün təminatçı gücə malikdir”, – general vurğulayıb.
Sınaq Oman dənizində keçirilib.
Pakistanın Baş naziri İmran Xan sınağın uğurla həyata keçirilməsi münasibəti ilə mühəndisləri və hərbçiləri təbrik edib.
Qeyd edək ki, Pakistan ötən il və bu ilin əvvəlində uzun və orta mənzilli raketləri sınaqdan çıxarmışdı.
Xatırladaq ki, Pakistan 1998-ci ilin mayın 30-da Çaqay poliqonunda 12-18 kT gücündə nüvə qurğusunu sınaqdan keçirib. Həmin tarixdən Pakistan nüvə silahı olan dövlət sayılır.