Bakıda əsas magistralda sürət endirildi

Bakıda əsas magistralda sürət həddi endirilib.

Bakı Nəqliyyat Agentliyindən Milletinsesi.az-a verilən məlumata görə, gecədən başlayaraq paytaxtda müşahidə olunan dumanlı hava şəraitilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Biıgəh və Zığ dairəsi-Hava limanı yollarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Məqsəd hərəkət təhlükəsizliyini təmin etməkdir. Sürücülərə ehtiyyatlı olmalarını, meterioloji amilləri nəzərə alaraq sürət həddinə əməl etmələrini tövsiyə edirik.

Share: