Bir çox insanlar bu problemlə üzləşir. İnsan səhər oyananda qolunu hiss etmir, qolda sancma və ağrı hissi olunur.
Dərhal təşvişə düşməyin. Bunun səbəbi çox adi ola bilər.
Qollarda keyimənin səbəbləri müxtəlifdir. Əksər hallarda bu narahat pozada yatmaq, çox hündür yastıq, dar gecə paltarı, ağır fiziki iş və s. ola bilər.
Lakin bəzən qollarda keyimə bəzi xəstəliklərin simptomu kimi meydana çıxır.
Əgər qollar tək gecə deyil, gündüz də keyiyir, keyimə gec keçir, keyimə ani şəkildə baş verir, əllər getdikcə zəifləyir və s. kimi simptomlar əmələ gəlirsə, mütləq həkimə müraciət edin. Bu hər hansı xəstəliyin simptomu ola bilər. Saglamolun.az sizə bu xəstəlikləri təqdim edir:
– bilək kanalının sindromu. Bu zaman əllərdə keyimə və ağrı yaranır, vaxt keçdikcə insan adi əl hərəkətləri edə bilmir, əlində bir əşya sıxa bilmir və s. Bu çox ciddi pozulma hətta əlilliyin inkişafına səbəb ola bilər. Bir çox hallarda bu pozulma kompüterdə işləyən insanlarda, dərzilərdə, musiqiçilərdə, rəngsazlarda inkişaf edir.
– onurğa sütunu xəstəlikləri. Bu zaman qollara gedən sinirlər və qan damarları sıxılır ki, nəticədə qollar keyiyir.
– şəkərli diabet
– qanazlığı
– ürək və damar xəstəlikləri
– sinir sistemi xəstəlikləri.