BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Bazar ertəsi , Oktyabr 14 2019

Seriala görə 1,2 milyon insan yeni uydurulmuş dili öyrənir


“Game of Thrones” serialı o qədər məşhurdur ki, fanatlar buradakı süni dili öyrənməyə başlayıb. Bir çox mənbələrin dilimizə “Tax-tac oyunu” kimi tərcümə etdiyi ekran əsərindəki valiriy dili 1,2 miyon insanın marağına səbəb olub.

İsveçrənin “Neue Zürcher Zeitung” bu haqda yazıb. Jurnalist Can Andrea Marti məşhur “Duolingo” proqramının valiriy dilini ümumi siyahıya əlavə etdiyini bildirir.

Yazıda bu süni dili linqvist və yazıçı Devid C. Petersonun yaratdığı qeyd olunub. Amerikalı ümumilikdə 50 uydurulmuş dilin müəllifidir. O, motivləri əsasında film çəkilmiş Corc Martinin “Buz və od mahnıları” romanlar silsiləsindən ayrı-ayrı mətn hissələrini götürərək, müəyyən qrammatik qaydalar formalaşdırıb.

Peterson bu yolla dotrakiy dilini də yaradıb. Martinin romanında bu dilə də rast gəlinir. Peterson bir ay ərzində 300 səhifəlik qaydalar toplusu yazmışdı. İndi valiriy dilində 2, dotrakiy dilində isə 4 min söz var.

Marti yazır ki, Peterson seriala çəkilən aktyorlar əziyyət çəkməsin deyə, sözlərin audio versiyasını yaradıb. Beləcə, onlar ayrı-ayrı ifadələrə dəfələrlə qulaq asmaqla mətnləri əzbərləyirmiş.

Peterson özü bu süni dilləri öyrənməyi mənasız sayır. Sadəcə, yazıçı hesab edir ki, süni dil öyrənmək başqa dilləri mənimsəmək baxımından faydalı ola bilər./Bizimyol.info