Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 602 yoluxma halı qeydə alınıb, 11 nəfər ölüb.
Milletinsesi.az xəbər verir ki, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 261 620, ölənlərin sayı isə 3 269 nəfərə çatıb.
Virusa yoluxanlardan 252 815 nəfərin sağaldığı bildirilir.