“Bavariya”nın qapıçısı Manuel Noyer üçün Almaniya Bundesliqasının 20-ci turunda “Herta” ilə matç (1:0) əlamətdar olub.
Qol.az “Opta”ya istinadən xəbər verir ki, o, bu görüşlə Bundesliqada eyni rəqibə qarşı ardıcıl 16 oyunda qapısını toxunulmaz saxlayan ilk qapıçı olub.
Xatırladaq ki, alman qolkiper 2011-ci ildən Münhen təmsilçisində çıxış edir.