Yaponiya Silahlı Qüvvələrinin sualtı qayığı Koti prefekturası sahillərində özəl ticarət gəmisi ilə toqquşub.
Milletinsesi.az Trend-ə istinadən bildirir ki, qəza sualtı qayığın suyun səthinə qalxması zamanı baş verib.
İlkin məlumatlara əsasən, qayığın korpusunun üst hissəsinə ziyan dəyib. Azı 3 heyət üzvünün xəsarət aldığı deyilir.