“Liverpul” 2019-cu ilin yayında “Fulhem”dən transfer etdiyi 17 yaşlı Harvey Elliott üçün rekord məbləğdə təzminat ödəyəcək.
Qol.az goal.com-a istinadən xəbər verir ki, “Fulhem” bu transferlə bağlı məhkəmədə qalib gəlib.
“Liverpul” “Fulhem”ə təzminat olaraq 1.2 milyon funt sterlinq ödəyəcək. Bu rəqəm bəzi maddələrə uyğun olaraq 4 milyon funt sterlinqə qədər yüksələ biləcək. Bundan başqa, “Fulhem” oyunçunun növbəti satışından 20 faiz pul alacaq.
Bu məbləğ 17 yaşındakı oyunçuya ödəniləcək ən yüksək təzminat olaraq diqqət çəkir.
Qeyd edək ki, “Fulhem”in yetirməsi olan Elliottu 2019-cu ilin yayında “Real” və “Liverpul” transfer etmişdi. O, bu komandalar arasında İngiltərə təmsilçisini seçmişdi. “Fulhem” gənc oyunçusu klubdan ayrıldığı üçün təzminat məsələsində “Liverpul”la razılığa gələ bilmədiyi üçün məhkəməyə müraciət etmişdi. “Liverpul” Elliot üçün 750 min funt sterlinq təklif etmişdi. “Fulhem” isə 8 milyin funt sterlinq yaxın təzminat istəyirdi.
Xatırladaq ki, Elliott bu mövsü icarə əsasında Çempionşip təmsilçisi “Blekbern Rovers”də oynayır.