Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani yaxın zamanlarda Azərbaycana səfər edəcək.
Milletinsesi.az Report-a istinadən xəbər verir ki, o, bu barədə keçirdiyi brifinqdə məlumat verib.
Onun sözlərinə görə, qonşu ölkələrə səfərlər zamanı əsas müzakirə mövzularından biri iqtisadi diplomatiya ilə bağlı olacaq:
“Səfərlər çərçivəsində Gürcüstan üçün vacib olan geosiyasi layihələr, ölkəyə əlavə yüklərin cəlb olunması məsələləri də nəzərdən keçiriləcək”.
D.Zalkaliani bildirib ki, Gürcüstan üçün geosiyasi layihələrin stimullaşdırılması çox önəmlidir.