Qvatemalada fiziki və mənəvi rahatlıq axtaran turistin planları bir anda pozulub.
“RenTV” telekanalının məlumatına görə, o, Fueqo dağının ətəyində meditasiya edərkən, gözlənilmədən vulkan püskürüb.
“Od püskürən əjdahanın oyanışı” videokameranın obyektivindən yayınmayıb”, – deyə o bildirib.
Kadrlardan belə qənaətə gəlmək olar ki, turist axtardığını tapa bilməyib.