Bu ölkəfə fövqəladə vəziyyət daha bir ay uzadıldı

Cənubi Afrika Respublikası (CAR) hökuməti koronavirus pandmeiyası ilə əlaqədar fövqəladə vəziyyət rejimini martın 15-dək uzadıb.

Milletinsesi.az Trend-ə istinadən bildirir ki, komendant saatının tətbiqi, kütləvi toplaşmanın qadağan olunması və spirtli içkilərin xüsusi satışını nəzərdə tutan vəziyyət rejim fevralın 15-də başa çatmalı idi.

Ölkədə ilk dəfə fövqəladə vəziyyət ötən il martın 15-dən tətbiq edilmiş və daha sonra uzadılmışdı.

Qeyd edək ki, CAR-da bugünədək koronavirusa yoluxanların sayı 1,5 milyon nəfərə yaxınlaşıb, 46 290 nəfər həyatını itirib

Share: