Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 88 yoluxma halı qeydə alınıb, 6 nəfər ölüb.
Milletinsesi.az xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi məlumat yayıb.
Qeyd edilib ki, bununla da Ermənistanda koronavirusa yoluxanların sayı 169 255, xəstəlikdən ölənlərin sayı isə 3147 nəfərə çatıb.