Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda yaşayan xarici ölkə vətəndaşlarının koronavirus əleyhinə vaksin olunub-olunmayacağına aydınlıq gətirib.
Qurumdan Milletinsesi.az-a bildirilib ki, ilkin mərhələdə yalnız ölkə vətəndaşlarının vaksin edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, yanvarın 18-dən etibarən Azərbaycanda Çinin “SinoVak” şirkətinin istehsal etdiyi “KoronoVak” peyvəndi ilə vaksinasiya aparılır. Bu gündən etibarən 50 yaş və yuxarı şəxslərin vaksinasiyasına başlanılıb.
Peyvəndləmə könüllü və dövlət hesabına həyata keçirilir.