Saqqal maskanın virusdan müdafiəsinə mane olur

Böyük Britaniyada aparılan araşdırmalar zamanı saqqalın Covid-19-dan qorumaq üçün taxılan maskaların müdafiə gücünü azaltdığı ortaya çıxıb.

Milletinsesi.az xarici KİV-ə istinadən bildirir ki, tədqiqatlar üzdəki tüklərin maskanın sifəti tamamilə örtməsinin qarşısını aldığını göstərib.

Pandemiya dövründə saqqal saxlamaq sağlamlıq üçün zərərlidir. Virusun üzdə saatlarla qala biləcəyini deyən mütəxəssislər saqqalını kəsmək istəyəmənlər üçün tez-tez yuyulmasını tövsiyyə edirlər.

Bir müdddət əvvəl İsrail Səhiyyə Nazirliyində saqqala uyğun maskanın istehsal edilməsi tələbi ilə çıxışlar edilib. Buna səbəb ölkədə insanların böyük əksəriyyətinin saqqal saxlamasıdır.

Share: