ABŞ-da 23 nəfər koronavirus peyvəndi vurulduqdan sonra ölüb

ABŞ səlahiyyətliləri Nyu-York ştatında koronavirus peyvəndindən sonra baş verən 23 ölüm hadisəsini araşdırırlar.

Milletinsesi.az oxu.az-a istinadən bildirir ki, hazırda ölümlərlə qəbul edilən dərman arasında əlaqə təsdiqlənməyib.

Son məlumatlara əsasən, ştatda COVID-19 peyvəndindən sonra 643 nəfərdə əks göstərişlər müşahidə olunub.

Mərkəzin nümayəndəsi deyib ki, hazırda peyvəndlərin təhlükəsizliyinə problem yaradan hansısa dəlil yoxdur.

Share: