Türkiyənin Konya vilayətinin Tuzlukçu rayonunda 3,8 bal gücündə zəlzələ olub.
Milletinsesi.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Türkiyə vaxtı ilə 07:52-də baş verən yeraltı təkanların ocağı yerin 7 kilometr dərinliyində qeydə alınıb.
Dağıntı və tələfatla bağlı məlumat yoxdur.