Bu ilin yanvar ayında Azərbaycan 2,5 milyon ABŞ dolları dəyərində 711 ton çay idxal edib.
Milletinsesi.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 milyon ABŞ dolları (51,9 %) və 626 ton (46,8 %) azdır.
Hesabat dövründə çay idxalı Azərbaycanın ümumi idxalının 0,72 %-ni təşkil edib.