Rusiyada üçüncü yerli vaksin qeydiyyatdan keçdi

Rusiyada üçüncü koronavirus vaksini, “Kovivak” qeydiyyata alınıb.

Milletinsesi.az xəbər verir  ki, bunu ölkənin baş naziri Mixail Mişustin elan edib.

“Kovivak” vaksininin ilk 120 min dozasının martın ortalarında dövriyyəyə buraxılması gözlənilir.

Qeyd edək ki, bu günədək Rusiyada “Sputnik V” və “EpiVakKorona” vaksinləri qeydiyyatdan keçib.

Share: