Şahzadə Harri və xanımı Meqan Markl, İngiltərə kral ailəsindən ayrılığı dünən rəsmiləşib. Cütlüyün bir il əvvəl verdiyi ayrılma qərarı artıq rəsmi olaraq qəbul edilib.
Milletinsesi.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bukingem Sarayından edilən açıqlamada, “Qərarları hər birimizi üzsə də, hersoq və hersoqinya ailənin sevilən üzvləri olaraq qalmağa davam edəcəklər”,-deyə qeyd edilib. Qərarın birlikdə müzakirələrdən sonra, ancaq son sözü Kraliçanın deməsi ilə verildiyi qeyd olunub. Cütlük artıq krallıq ailəsinə aid imtiyazlardan istifadə edə bilməyəcək.
Xatırladaq ki, Harri və Meqan krallıq ailəsindən ayrılma qərarını keçən ilin yanvarında açıqlamışdı. Kraliça Elizabetlə müzakirələrdən sonra qərarın bir il sonra yenidən nəzərdən keçiriləcəyi planlaşdırılmışdı. Bir ilin sonunda cütlük Kraliçaya krallıq vəzifələrinə qayıtmayacaqlarını bildirib. Beləliklə, ayrılma rəsmiyyət qazanıb.