Yazıçı Anar: “Bəzi jurnalistlər dələduzluq edir”

Bəzi jurnalistlər dələduzluq edərək Azərbaycan Yazıçılar Birliyi haqqında yalan və böhtan xarakterli yazılar dərc edirlər. Burada toplaşanlar isə onlara öz etirazını bildirmirlər.

Milletinsesi.az xəbər verir ki, bu sözləri YB-nin sədri Anar Rzayev dünən Sabir Rüstəmxanlının “Özümüzdən böyük sözümüzdür” kitabının təqdimat mərasimində deyib. Onun sözlərinə görə, Yazıçılar Birliyinə ayrılan vəsait qəpiyinə kimi Birliyə xərclənir.  Yazıçı həqiqəti əks etdirməyən yazılar haqqında iradını bildirəndən sonra kitab haqqında xoş sözlərini bildirib.

Qeyd edək ki, mətbuatda tez-tez  “Yazıçılar Birliyinə ayrılan milyonlar göyə sovrulur” başlıqlı yazılar dərc olunur.

Məlumat üçün bildiririk ki, Sahil bağında M.F.Axundov adına kitabxana, Bəstəkarlar İttifaqı, Yazıçılar birliyi və digər mədəni irsimizi qoruyan təşkilatlar eyni cərgədə yerləşir. Yazıçılar Birliyinin balansında olan gecə klubu da onların arasında fəaliyyət göstərir. Əvvəllər “ “26” – “Twenty six” adı ilə fəaliyyət göstərən gecə  klubu  Bakının meri H.Abutalıbov tərəfindən haqlı olaraq bağlansa da  hal-hazırda  “Hot Room Club” adı ilə  fəaliyyət göstərir. Mətbuatda gedən yazılara görə həmin klubda gecələr  striptiz şou nümayiş etdirilir.

Share: